Həyat

Həyat budur …
Hər kəs eyni olmaz. Ola da bilməz. Buna görə də ilk öncə hər kəs özünə cavabdehdir. Realllq: Yaxşının qiymətini bilmək üçün pisin də həyatda var olmağı vacibdir . Bəlkə elə deyil ?! Buna görə hər şeyi dərk etməyi, hər şeyə, hər kəsə görə üzülməyi atın, əvəzində SƏBR etmƏyi, hər çətinliyin mütləq həll olacağı bir günün olduğunu unutmayın. Buraxın hər kəs istədiyi kimi olsun. İstədiyi kimi gəlsin, görsün, istədiyi kimi sizə qiymət versin. Versinnn. Niyə başqalarının fikirləri bu qədər önəmlidir? Sən özünü tanımlrsanmı? Sən doğurdanda onun qiymətinə görə bu gün olduğun yerdəsən? Sən özün deyilsənmi? Öz ağlın, şüurun, düşüncən, qürurun yoxmudur? Əgər insan öz ağlı, düşüncəsi ilə doğru yoldadırsa, həyatda yaşadığı müddətcə dürüst, ədalətli, qürurlu olursa, o zaman «BAŞQALARI» etalonuna onların lazımsız fikirlərinə görə üzülməz. Əksinə dimdik ayaqları üzərində duraraq onan öz gücünü sübut edəcək. Güclü insan o insandır ki, həyatda öz xəyallarını gerçəkləşdirmək üçün yaşayır, başqalarının düşüncəsini eşidir və sonda qiymətləndirməni özü edərək həyatını yaşayır. Zəif insan o insandır ki, həyatının açarı «BAŞQALARINDA»olur. Başqaları onun üzərindın öz xəyallarını ona icra etdirir halbuki o bunu qəti arzulamırdı. Başqalarının yolunu gözləyir halbuki başqaları ona baxıb gülür ki, «mən sənə iynənin ucu boyda dəyər verməzkən sən bütün həyatını mənə görə məhv edirsən. Mən isə bu gün öz arzuladığım yerdəyəm». «Və sən sadəcə acizsən vı sadəcə mənim köləmsən» «sən bir yazıqsan» kimi düşüncələrlə sizə dəyər verir. Bu da sizin uğruna öləcəyiniz o başqaları….
Həyat hər bir insana bir dəfə verilir. Kimisi bu həyatda sadəcə düz yolla irəliləyir, ətrafındakı bütün maneələrə gözünü, qulağını bağlayır. Kimisi də sağa sola baxmaqdan önündəkin görə bilmədiyindən ayağı büdrəyir. Çalışın sizə verilən həyatın hakimi siz olasınız. Hər kəsi dinləyib sonda ədalətli, düzgün qərarı siz özünüz verə biləsiniz. Heç zaman idarə olunan, asılı, aciz biri olmayasınız və dəyməz biri üçün dəyərli həyatınızı dəyərsizləşdirməyəsiniz…

Оставьте комментарий