Həyat

Həyat budur …
Hər kəs eyni olmaz. Ola da bilməz. Buna görə də ilk öncə hər kəs özünə cavabdehdir. Realllq: Yaxşının qiymətini bilmək üçün pisin də həyatda var olmağı vacibdir . Bəlkə elə deyil ?! Buna görə hər şeyi dərk etməyi, hər şeyə, hər kəsə görə üzülməyi atın, əvəzində SƏBR etmƏyi, hər çətinliyin mütləq həll olacağı bir günün olduğunu unutmayın. Buraxın hər kəs istədiyi kimi olsun. İstədiyi kimi gəlsin, görsün, istədiyi kimi sizə qiymət versin. Versinnn. Niyə başqalarının fikirləri bu qədər önəmlidir? Sən özünü tanımlrsanmı? Sən doğurdanda onun qiymətinə görə bu gün olduğun yerdəsən? Sən özün deyilsənmi? Öz ağlın, şüurun, düşüncən, qürurun yoxmudur? Əgər insan öz ağlı, düşüncəsi ilə doğru yoldadırsa, həyatda yaşadığı müddətcə dürüst, ədalətli, qürurlu olursa, o zaman «BAŞQALARI» etalonuna onların lazımsız fikirlərinə görə üzülməz. Əksinə dimdik ayaqları üzərində duraraq onan öz gücünü sübut edəcək. Güclü insan o insandır ki, həyatda öz xəyallarını gerçəkləşdirmək üçün yaşayır, başqalarının düşüncəsini eşidir və sonda qiymətləndirməni özü edərək həyatını yaşayır. Zəif insan o insandır ki, həyatının açarı «BAŞQALARINDA»olur. Başqaları onun üzərindın öz xəyallarını ona icra etdirir halbuki o bunu qəti arzulamırdı. Başqalarının yolunu gözləyir halbuki başqaları ona baxıb gülür ki, «mən sənə iynənin ucu boyda dəyər verməzkən sən bütün həyatını mənə görə məhv edirsən. Mən isə bu gün öz arzuladığım yerdəyəm». «Və sən sadəcə acizsən vı sadəcə mənim köləmsən» «sən bir yazıqsan» kimi düşüncələrlə sizə dəyər verir. Bu da sizin uğruna öləcəyiniz o başqaları….
Həyat hər bir insana bir dəfə verilir. Kimisi bu həyatda sadəcə düz yolla irəliləyir, ətrafındakı bütün maneələrə gözünü, qulağını bağlayır. Kimisi də sağa sola baxmaqdan önündəkin görə bilmədiyindən ayağı büdrəyir. Çalışın sizə verilən həyatın hakimi siz olasınız. Hər kəsi dinləyib sonda ədalətli, düzgün qərarı siz özünüz verə biləsiniz. Heç zaman idarə olunan, asılı, aciz biri olmayasınız və dəyməz biri üçün dəyərli həyatınızı dəyərsizləşdirməyəsiniz…

Реклама

Əsl sevgi

Əsl sevgini tapmaqla tapdığını güman etmək arasında fərq böyükdür. Bəs, əsl sevgi necə başa düşülür? Bir münasibətə başladığınız zaman ağlınıza bu suallar gəlməyə başlayırsa başınız qarışmağa başlamış deməkdir. Öz hisslərinizi mühakimə etməyə başlayacaqsınız və əksəriyyətlə tərəfdaşınız də sizin haqqınızdakı fikirlərini düşünərsiniz. Bu həllində çətinlik çəkdiyiniz bir tapmaca kimidir. Öz hisslərimizi təhlil edə bilmək həqiqətən çaşdırıcı ola bilər. Həqiqətən sevir, yoxsa sadəcə yaxşı vaxt keçirmək üçün münasibət saxlayır. Bu kimi suallara cvb tapmaq üçün bir sıra yolları var;
1. YENİ ŞEYLƏR ETMƏYƏ Başladınızmı??
Adətən aşiq olan insanlar, öz sevdikləri fəallıqlara əlavə olaraq sevdikləri şəxslərin sevdiyi fəaliyyətlərdə iştirak etməyə başlayırlar.
2.SON VAXTLAR Bir Az DAHA STRESLİ olmusunuz?
Araşdırmalara görə aşiq olanda stress hormonu kortizon daha sıx ifraz olunur. Sizə təsir edən insanlarla görüşəcəyiniz vaxt gərgin, narahat və həyəcanlı hiss etməyinizin səbəbi də budur.
3. HİSSLƏRİNİZ QarşılıqlıdIR MI?
Əgər qadın olsanız və aşiq olduğunuzu hiss edirsinizsə, qadınların kişilərə nisbətən daha çox hisslərin qarşılıqlı olduğunu hiss etdiklərini bilmək lazımdır. Qadınlar qarşılıq alana qədər duyğularını açıqlama meylində deyillər və hisslərini gizlətmə məsələsində tərəfdaşlarına nisbətən daha uğurludur. Kişilərə nisbətən buna daha çox diqqət edən qadınların, hisslərin qarşılıqlı olması vəziyyətində aşiq olma meylləri daha yüksəkdir.
Mənə görə əsl sevgi iki insanın bir birini səbəbsiz sevməsidir. Sevgidə ən əsas məqam qarşılıqlı olmasıdır.Çünki sevgi sevib sevildikce böyüyür. Çalışın vaxtında, doğru zamanda, doğru şəxsi seçəsiniz. Bəziləri var ki,12-17yaşında sevgi axtarır. Mən bunun bir mənalı yanlış olduğunu düşünürəm. Çünki bu yaş dövrü sevgi yox elm , təhsil mərhələsidir. İlk öncə biliyə, savada, dünyagörüşünə yiyələnməlisən ki, sevginin nı olduğunu, əsl yoxsa ötəri hiss olduğunu analiz edə biləsən. Əziz məktəblilər, abituriyent qız və oğlanlar (xüsusən qızlar tələsir)18yaşdan sonra sevgini yavaş yavaş anlaya bilərsiniz.18yaşdan kiçik yaşanılan hisslər ötəri , ciddi olmayan hissdən başqa bir şey ola bilməz! Hər bir şey zamanında gözəl olur. Çalışın hər bir şeyi vaxtında yaşayasınız. Təhsili öz vaxtında, sevgini də öz vaxtında. Bir əldə iki qarpız tutmaq olmaz. bir əldə həm sevgi həm təhsil olmaz. Sevgi gözəldir.Amma zamanında…

İnsanam demek lazım deyil, insan olmaq lazımdır

Hemişe ezilenin , zeifin yanında olmaq deyilen bir şey var. Yaşadığım erazide bir balaca dükan var.Geldiler düz onun yanında bir metro stansiyası boyda supermarket açdılar. Hemişe gederem o supermarketden deyilde o dükandan alaram. Zaten o supermarket , o dükanın olan 3-4 müşterisinde elinden alıb bari bir balacada olsa biz ümid verek… Yan-yana olan iki restoran görersiniz. Birinin müşterileri dayanmadan var , digerinde ise burax müşteri , heç gelib geden bele yoxdur. Eybi yox siz yenede o restorana gedin. Adamlar «bu gün müşterimiz» geldi deyib işlerin davam etmek üçün hevesleri ve ümidleri olsun… Bir defe mektebin mezuniyyet gününde sinifin oğlanları sinifde en havalı en gözel qızları reqse devet ederdiler amma qıraqda sakit durub ve oğlanlar terefinden maraqlı olmayan qızı reqse devet etmişdim ki , özünü ezilmiş ve yalnız hiss etmesin… Yolda gedersiniz bir xala ve ya hansısa bir satıcı bir şeyler satar( meselen saqqız) onu ondan alın , gedib hansısa markete xeyir vermekdense o xalanın eziyyetim boşa çıxarmayaq. Bezen ehtiyyacımız olmasa bele alaq. Bir neçe qepik ile varlanmayacaqsan amma ümid vereceksen…Güclünün yanında olmaq asandır önemli olan zeif-e olan münasibetindir.

Özünə inan

Özünüzə inamınızla bağlı komleksiniz varsa çalışın bu inamsızlığı ilk öncə özünüzü sevmək, özünüzə güvənməklə aradan qaldırasınız. Atacağınız hər bir cəsarətli addımda qazanacağınız uğur sizi daha da ruhlandıracaq.Çalışın özünüzdəki potensialı görə biləsiniz. Kiminsə uğurlarına baxıb «kaşki» deməkdənsə «bunu mən də bacara bilərəm» deyin. Öz gücünüzü üzə çıxarın, passiv həyata son deyin. Özünüzə inansanız, hər hansı bir işə iradi səylə başlasanız bax o zaman hədəfinizə çatmış olacaqsınız.Özünüzdə olan inamsızlığın tək səbəbi özünü sevməməkdir, özünü hamıdan aşağı zənn etməkdir. Həyatda ilk özünüzü sevin, özünüzə hörmət edin. Heç kimi özünüzdən yüksək bilməyin. Heç kimə sizə vermədiyi dəyəri verməyin. Hər şeyin artığı zərər olduğu kimi sizə verilən dəyərin qarşınızdakı insana 2qatını vermək də sizə zərərdir. O zaman siz həmin şəxsin sizdən üstün olması mesajını vermiş olursunuz. Çalışın özünüzü sevəsiniz, özünüzə dəyər verəsiniz, özünüzə gücünüzə inanasınız ki, ətrafınızdakı insanlar da bunu görüb sizə hörmətlə, sevgi ilə, inamla yanaşsınlar.